28 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” 3 futbolçusundan FIFA-ya şikayət etdi

"Xəzər Lənkəran" 3 sabiq futbolçusundan FIFA-ya şikayət edib.

İdmanxeber.com-un məlumatına görə, ötən mövsüm Cənub komandasında çıxış edən 3 legioner –  Deyan Blajevski, Qalin İvanov və Eliasdan FİFA-ya şikayət edilib. Buna səbəb hər 3 futbolçunun düşərgəni icazəsiz tərk etməsi olub. 

"Ağ-yaşıllar"dan bildirilib ki, artıq bu oyunçular haqda ali futbol qurumuna şikayət məktubu ünvanlanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43