"Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, hazırda Türkiyədə təlim-məşq toplantısında olan komanda 6 futbolçunun yolunu gözləyir.
Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, konkret müqavilə bağlamağa hər hansı bir əcnəbi futbolçu gəlməyəcək:
"Gələn aydan etibarən düşərgəmizə yeni futbolçular gələcək. 6 futbolçunun yolunu gözləyirik. Qeyd edim ki, konkret müqavilə bağlamaq üçün düşərgəyə hər hansı bir futbolçunun gəlməsini gözləmirik. Baxışa gələcək futbolçular Afrika və Avropa ölkələrindən olacaq".
H.Cəbrayıloğlu sonda qapıçı mövqeyinə axtarışlarının getdiyini bildirib:
"Axtarışlar davam edir. Danışıq apardığımı da olub. Güclü qapıçı transfer edəcəyik".