“Xəzər Lənkəran”dan ayrılacaq futbolçuların kimliyinin dəqiqləşəcəyi vaxt bəlli olub.
İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüüseyn Cəbrayıloğlu məlumat verib.
“AĞ-yaşıllar”ın rəsmisi saytımıa açıqlamasında bildirib ki, Oğuz Çətin siyahı tərtib edib və bu siyahıda qərarlaşan futbolçular təlim-məşq toplantısına aparılacaq:
“Oğuz Çətin bir siyahı tərtib edib. Həmin siyahıda qərarlaşan futbolçular Türkiyədəki təlim-məşq toplantısına çağırılacaqlar. Dəvət olunmayacaq futbolçularla yollar ayrılacaq. Məhz bu vaxtı kimin qalıb, kimi gedəcəyi tam dəqiq bəlli olacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyunun 24-də bir araya gələcək və bu vaxtı göndəriləcək futbolçuların kimliyi də bəlli olacaq.