“Xəzər Lənkəran” təlim-məşq toplanışı keçəcəyi Türkiyənin Antalya şəhərinə dünən günorta saatlarında çatıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, qısa istirahətdən sonra komanda toplanış çərçivəsində ilk məşqinə çıxıb. Elnur Cəfərov istisna olmaqla, bütün futbolçular hazırlıqlarda iştirak edir.