“Xəzər Lənkəran” qış hazırlığını Antalyada davam etdirir.
Komanda bu gün səhər növbəti məşqinə çıxıb. Məşqin gedişatında Adrian Pit zədələnib. Həkim müayinəsindən keçən futbolçunun 3 gün komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, bu gün axşama daha bir məşq nəzərdə tutulub.