Ölkə kubokunun dörddəbir final cavab görüşündə “Araz Naxçıvan”a qarşı keçiriləcək oyun ərəfəsində “Xəzər Lənkəran” rəhbərliyi azarkeşləri üçün xoş sürpriz hazırlayıb.
İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyinin təşəbbüsü ilə bu oyuna bilet satışı olmayacaq və istənilən azarkeş oyunu pulsuz izləyə biləcək.