Yeni mövsümə Sloveniyada hazırlaşan "Xəzər Lənkəran"ın növbəti yoxlama görüşündəki rəqibi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubu iyulun 27-də Rusiyanın "Arsenal" komandası ilə üz-üzə gələcək.
Bu haqda Tula klubunun rəsmi saytı xəbər yayıb. İyulun 19-da Serbiyanın "Rad", 23-də İngiltərənin "Şeffild Uenzdey" komandaları ilə qarşılaşacaq "Arsenal"ın son sınaqçı rəqibi məhz Lənkəran təmsilçisi olacaq.
Qeyd edək ki, "Arsenal" bu il Rusiya Premyer Liqasına vəsiqə qazanıb.