Premyer Liqanın 18-ci turunda AZAL-la qarşılaşacaq olan “Xəzər Lənkəran” klubu görüşə itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Rauf Əliyev və Adrian Skarlatake zədə səbəbindən bu görüşü buraxacaq. Bundan başqa Rəşad Sadiqov və Tyeqo Xesus isə sarı vərəqə limitini doldurduqları üçün “Xəzər Lənkəran”ı şətin vəziyyətdə qoyublar.
Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL görüşü bu gün saat 15:00-da start götürəcək.