Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” hazırıqlarını başa vurub.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” dünən güclü yağış altında növbəti məşqini keçirib.
Sonn günlər Bakıda müalicə alan Orxan Əliyev artıq Lənkərana qayıdıb, lakin o hazırlıq prosesinə qatılmayaraq, kənarda fərdi məşqlə kifayətlənib. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Elnur Cəfərov da məşqdə iştirak ediblər.
“Xəzər Lənkəran” bununla da AZAL-la oyunun ümumi hazırlığını yekunlaşdırmış olub. Qarşıda yalnız taktiki hazırlığın əsas kompanentlərinin təkrarlanmasından ibarət olacaq oyunöncəsi son məşq qalıb. (12cioyuncu.info)