Azərbaycan Premyer Liqasının XXXIV turu “Xəzər Lənkəran” üçün uğurlu alındı. Cənub təmsilçisi AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.
Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “İlk hissədə yaxşı oynamadıq. İkinci hissədə isə baxımlı futbol sərgilədik və qol vurduq. Futbolçuları təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.