“Bir hücumçu və müdafiəçi komandaya qoşulacaq. Bunlar Avropadan və Braziliyadan olacaq”.
Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi yaxın iki gündə transferlərin onlara qoşulacağını bildirib:
“Yaxın iki gün ərzində yeni transferlər bizə qoşulacaq”.
Sonda klub rəsmisi türkiyəli futbolçunun düşərgəyə gəlməməsi haqda bunları deyib:
“Biz türk futbolçu ilə danışıqlar aparmırdıq, sadəcə ehtimal var idi”.