“Xəzər Lənkəran”ın Elnur Cəfərov və Kamran Abdullazadə yenidən “ağ-yaşıl” formanı geyinə bilər.
İdmanxeber.com-un məlumatına görə, cənub klubu ilə yollarını ayıran hır iki futbolçu özünə yeni komanda tapa bilməyib. Sözügedən futbolçularla bağlı klub rəhbərliyinə onların bağışlanılması üçün müraciət ünvanlanıb.
Rəhbərlik yaxın günlərdə hər iki futbolçu ilə bağlı qərarını açıqlayacaq.