“Xəzər Lənkəran”ın FIFA-ya şikayət etdiyi Sadio Tounkara geri qayıdır.
Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, malili futbolçu avqustun 20-dən sonra komandaya qoşulacaq:
“Ayın 20-dən sonra Tounkara bizə qoşulacaq. Əsas məsələ onun komandaya qoşulmasıdı. Ondan sonra gecikməsinin səbəbini onun öz dilindən dinləniləcək və klub rəhbərliyi sonra qərarını verəcək. İstənilən halda Tounkaraya cəza veriləcək”.