Azərbaycan Premyer Liqasında yeni – 2015-2016 mövsümünün lk turu üçün azarkeş sayı məlum olub.
İdmanxeber.com-un məlumatına görə, ilk turda ən çox azarkeşin izlədiyi matç "Xəzər Lənkəran" – "İnter" oyunu olub.
"Fırtınalar meydanı"nda baş tutan qarşılaşmanı 7 min tamaşaçı izləyib.
Ən az tamaşaçının izlədiyi qarşılaşma isə "Rəvan" – "Sumqayıt" matçı olub. "Bayıl Arena"da baş tutan və qolsuz bərabərliklə başa çatan matçı cəmi 1000 tamaşaçı izləyib.
İlk tur üçün ümumi sıralama isə aşağıdakı kimidi:
"Xəzər Lənkəran" – "İnter" – 7000 azarkeş
"Qəbələ" – "Qarabağ"- 3200 azarkeş
"Neftçi" – "Kəpəz" – 1500 azarkeş
"Zirə" – AZAL – 1300 azarkeş
"Rəvan" – "Sumqayıt" – 1000 azarkeş