Premyer Liqanın VI turunun oyunlarını ümumilikdə 10550 azarkeş izləyib.
Bu hər oyuna orta hesabla 2210 nəfər deməkdi.
Ən çox azarkeş “Xəzər Lənkəran” – “Bakı” matçına gəlib. Bu qarşılaşmanı 7100 nəfər izləyib. Ən az tamaşaçı isə “Simurq” – “Sumqayıt” oyununda qeydə alınıb – 150 nəfər. Mövsümün antirekordu sayılan bu göstərici ilk turun “Simurq” – “Rəvan” oyununda da qeydə alınmışdı.
Xəzər Lənkəran – Bakı (7100 tamaşaçı)
Neftçi – İnter (1500 tamaşaçı)
AZAL – Qəbələ (1500 tamaşaçı)
Rəvan – Qarabağ (300 tamaşaçı)
Simurq – Sumqayıt (150 tamaşaçı)
VI tur azarkeş sayı baxımından mövsümün ən yaxşı üçüncü göstəricisi olub: I tur 8500 (orta hesabla 1700), II tur 10600 (2120), III tur 11100 (2220), IV tur 13450 (2690), V tur 6000 (1200), VI tur 10550 (2210).
Ümumilikdə, 6 turun 30 oyununu 60200 nəfər canlı izləyib ki, bu da hər tura orta hesabla 2006 tamaşaçı deməkdi.
Qeyd edək ki, mövsümün rekordu “Xəzər Lənkəran” – “Neftçi” oyununa məxsusdu – 10000 nəfər.