Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İK ölkə kuboku və çempionatın son turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verib. Qərarları olduğu kimi sizə çatdırırıq:
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakə qərarlar qəbul edilib:
Azərbaycan kubokunun ¼ final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubunun 4 futbolçusunun sarı vərəqə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat, “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan kubokunun ¼ final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Azərbaycan kubokunun ¼ final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Azərbaycan kubokunun ¼ final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXVII turunun “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyun 35-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).
Azərbaycan I Divizionunun XXII turunun “Karvan” – “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ” klubunun məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Azərbaycan I Divizionunun XXII turunun “Mil-Muğan” – “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).
Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).