“Xəzər Lənkəran” azarkeşləri bugün səhər saatlarında “Böyük oyun” öncəsi matçın keçiriləcəyi stadionun hasarlarının üzərinə XL yazılarını həkk ediblər.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun “Azad tribunaçılar 13” qrupunun üzvləri stadionun hasarlarının üzərinə qrupun adını və “Xəzər” yazaraq komandalarına dəstək olurlar.
Qeyd edək ki, məlum qalmaqalın ardından AFFA-nın qərarına əsasən bu mövsüm “Böyük oyun”larda qonaq azarkeşlərin iştirakına qadağa qoyulub.