Premyer Liqada yaranan qış fasiləsi zamanı “Xəzər Lənkəran”ın Antaliyada keçirdiyi təlim-məşq toplantısında 10-gün müddətində komanda ilə birgə olmaq üçün bir qrup “Xəzər Lənkəran” azarkeşi Türkiyəyə yollanır.
Azarkeşlərlə iş üzrə əlaqəndirici Qurbanəli Məmmədovun 12cioyuncu.info saytına verdiyi məlumata görə “Xəzər Lənkəran”ın təlim-məşq toplantısının son on günündə komandanın yanında olmaq və iki yoxlama oyununu izləmək istəyən azarkeşlərin səfəri təşkil olunur. Türkiyə səfərinin azarkeşlərə 550-600 manata başa gələcəyi gözlənilir. Qeyd olunan məbləğə, səfərin yol xərcləri və otel xərcləri (gündə üç dəfə yemək və otel haqqı) daxildir. Türkiyə toplantısında komandanın yanında olmaq istəyən futbolsevərlər 15-yanvar tarixinə qədər əlaqəndririci nümayəndəyə müraciət edə bilərlər.
Əlaqə telefonları:
050 214 21 10
055 214 21 10
070 214 21 10