Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşlərinin gözlədiyi xəbər gəldi: Son sözü Toşak deyəcək

“Xəzər Lənkəran” bu gün “Rəvan”la oyun öncəsi son məşqini keçirib.

Cənub klubu sabah Premyer Liqanın IX turu çərçivəsində paytaxtda qarşılaşacağı “Rəvan”la oyuna demək olar ki, tam hazırdı. 

“İnter”lə oyunda zədələnən və bu tur meydana çıxacağı şübhə altında olan Mbilla da artıq bu oyun üçün hazırdı. Klubun mətbuat xidmətindən bizə verilən məlumata görə, Mbilla fərdi məşq edib və sabahkı oyunda meydana çıxa bilər. 

Ancaq Toşak zədəsi yenicə sağalan Mbillanı meydana buraxmağla risk edəcəyi inandırıcı görünmür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43