Premyer Liqanın 16-cı turundan “Bakı”nın qonağı olacaq “Xəzər Lənkəran”ın heyətində itkilər var.
İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisinin heyətində bir müddətdir zədədən əziyyət çəkən Rauf Əliyev və Adrian Skarlatake “Bakı” ilə görüşü buraxacaq. Bundan başqa “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev və Rasim Ramaldanov da sarı vərəqə limitini doldurduqları üçün bu matçda iştirak etməyəcəklər.