"Xəzər Lənkəran" 16-cı turda "Bakı" ilə səfər matçına itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, "Xəzər Lənkəran"ın "Qəbələ" ilə keçirdiyi matçda (3:0) sarı vərəqə alaraq limiti dolduran kapitan Rahid Əmirquliyev və Rasim Ramaldanov komandasına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Bakı"- "Xəzər Lənkəran" matçı 13 dekabr tarixində keçiriləcək.