Premyer Liqa

“Xəzər Lənkəran” Bakıya gəlir

Topaz Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran”, bu oyunun Lənkərandakı hazırlığını başa vurub.Bu gün səhər məşqini də tamamlayan cənublular günorta saatlarında Bakı şəhərinə yola düşüb. 

“Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Qarabağ”la matçın son hazırlıqlarını Bakıda davam etdirəcək. 

Xatırladaq ki, “Qarabağ”-“Xəzər Lənkəran” matçı avqust ayının 18-də saat 20-də “Bakcell Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43