23 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” baş məşqçi məsələsinə aydınlıq gətirdi: Rəsmi açıqlama

"Xəzər Lənkəran" klubu baş məşqçi məsələsiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Belə ki,cənub təmsilçisi klubun rəsmi saytı vasitəsilə açıqlama yayıb.

"Xəzər Lənkəran" Futbol Klubunun rəsmi açıqlaması:
"Son günlər KİV-də “Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edəcəyi ilə əlaqədar danışıqlar apardığı barədə informasiyalar dolaşır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, “Xəzər Lənkəran” Futbol Klubunun hazırkı baş məşqçı Con Bencamin Toşakla 2015-ci ilə qədər müqaviləsi var və klub rəhbərliyi sözügedən vəzifəyə təyinatla bağlı heç bir mütəxəssislə danışıqlar aparmır. Hazırda klubumuz transfer pəncərəsi bağlanana qədər maksimum səy göstərib müəyyən mövqelərə uyğun futbolçu keçidlərinin həyata keçirilməsi və məşqçilər korpusuna əlavə mütəxəssislərin cəlb olunması istiqamətində ciddi işlər aparır . “Xəzər Lənkəran” tanınmış mütəxəssis Con Toşaka inanır və onunla birgə qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43