Ölkə futbolu

“Xəzər Lənkəran”: bir həftədə 8 qələbə

“Xəzər Lənkəran” klubu üçün ötən həftə uğurlu alınıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, əsas komandanın Topaz Premyer Liqasının X turunda “Simurq”u 2:1 hesabı ilə məğlub etdiyi həftədə cənub təmsilçisinin daha 8 komandası meydana çıxıb.

Aşağı yaş qruplarında mübarizə aparan komandalarından yalnız biri qələbə qazana bilməyib. U-15-in uduzduğu həftədə “Xəzər Lənkəran” 46 qol vurub və yalnız 4-nü buraxıb.

Topaz Premyer Liqası

“Simurq” – “Xəzər Lənkəran” – 1:2

U-19 liqası

“Xəzər Lənkəran” – “Neftçi” – 2:1

U-17 liqası

“Xəzər Lənkəran” – “Kəpəz” – 4:0

U-16 liqası

İOEUGİM Sumqayıt – “Xəzər Lənkəran” – 1:10

U-15 liqası

“Xəzər Lənkəran” – “Bakı” – 0:1

U-14 liqası

“Lerik” – “Xəzər Lənkəran” – 0:7

U-13 liqası

“Xəzər Lənkəran” – “Lerik” – 10:0

U-12 liqası

“Xəzər Lənkəran” – “Lerik” – 7:0

U-11 liqası

“Xəzər-92” – “Xəzər Lənkəran” – 0:4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43