Ölkə futbolu

“Xəzər Lənkəran” bir neçə futbolçu ilə danışıqlar aparır

Xəbər verdiyimiz kimi Qəbələdə keçirdiyi təlim-məşq toplantısını yekunlaşdıraraq istirahətə çəkilən “Xəzər Lənkəran” sentyabrın 9-da yenidən Lənkəranda bir araya gələcək. Komanda Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 14-də “Bakı” ilə “Fırtınalar meydanı”nda keçirəcəyi oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.

“Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə yeni məşqçisi Covanni Melkiore də sentyabrın 9-da Lənkəranda olacaq və məşqlərin keçirilməsində iştirak edəcək. Sentyabrın 11-də “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyununun keçirilməsi nəzərdə tutulur. Həmin görüşün sentyabrın 11-də saat 18:00-da stadionun ehtiyat meydançasında baş tutacağı gözlənilir.

Bu arada Elnur Allahverdiyevin komandadan uzaqlaşdırılması da gündəmə gəlib. Klub rəsmiləri bu barədə yayılan xəbərləri təkzib etməyə çalışsalar da artıq klubun müdafiəçi ilə yollarını ayıracağına şübhə yeri qalmayıb. Yay transfer pəncərəsi bağlansa da klubun seleksiyaçı məşqçisi Mario Souza azad agent statusuna malik futbolçuların bir neçəsi ilə danışıqlar aparır. Mario Souzanın çalışmalarının sonunda komandaya müfadiəçi mövqeyində çıxış edən bir futbolçu gətiriləcək.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43