10 Noyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” Bolqarıstan millisinin hücumçusunu alır?

Bolqarıstan millisinin hücunçusu Spas Delev karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, onun xidmətində "Xəzər Lənkəran" maraqlıdır. Son olaraq İspaniyanın aşağı dəstə təmsilçisi "Las Palmas"dan qovulan futbolçu azad agent statusuna malikdir. "Transfer pəncərəsi"nin bağlanmasına baxmayaraq Delev sərbəst olduğu üçün istədiyi vaxt istədiyi kluba keçə bilər.

Məlumat üçün deyək ki, Spas Delev 2 il bundan öncə "Mersin İdman Yurdu"nda çıxış edərkən "Xəzər Lənkəran"a keçə bilərmiş. Ancaq bir sıra məsələlərdə razılıq əldə olunmayıbmış. Onun yenidən ölkəmizdən təklif alması xəbəri dolaşınca, ilk ağıldan keçən klub məhz "Xəzər Lənkəran" niyə də olmasın?

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43