Premyer Liqanın V turunda əzəli rəqibi ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” qısa fasilənin ardından məşqlərə başlayır.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” 2-günlük istirahətini yekunlaşdıraraq, bu gün səhər saatlarından başlayaraq doğma şəhərdə bir araya gələcək.
Toplandıqdan sonra cənublular mövsümün ilk “Böyük oyun”unun hazırlıqlarına start verəcək.
Xatırladaq FİFA-nın transfer qadağasının müddəti uzadıldıqdan sonra Ruslan Abışov, Vüqar Nadirov və Rəşad Əyyubov Lənkəran təmsilçisini tərk ediblər. Bunacan isə Vaqif Cavadov yola salınmışdı. Yenilərdən iki legioner Dieqo Souza və Limamm Seydinin sonrakı taleyi hələ məlum deyil. Hazırkı, əsasən gənclərdən ibarət yarımçıq heyətin yeganə qaradərili üzvü Sadio Tounkara da hələlik komandaya kömək edə bilmir. (12cioyuncu.info)