Ölkə futbolu

“Xəzər Lənkəran” “Böyük oyun”da itirdiyi futbolçunu Qəbələyə aparmadı

“Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub klubu Premyer Liqanın 21-ci turu çərçivəsində səfərdə qarşılaşacağı “Qəbələ” ilə oyun üçün bu şəhərə yollanıb. “Neftçi”ylə oyunun ilk hissəsində zədələnərək əvəzlənməli olan Rasim Ramaldanov isə Qəbələyə aparılmayıb. Müdafiəçi Bakıda qalıb və burada müalicəsini davam etdirəcək. 

Onun ən azı bir ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43