Ölkə futbolu

”Xəzər Lənkəran” Covanni Melkiorre ilə anlaşdı

“Xəzər Lənkəran”ın məşqçi korpusuna yeni mütəxəssis cəlb olunub.

Klubun rəsmi  saytına istinadən verdiyimiz məlumata görə,  İtaliyalı Ciovanni Melkiorreni komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olunub. 51 yaşlı Melkiorre “Xəzər Lənkəran”da tanış simadır. Belə ki, italiyan məşqçi 2011-ci ildə komandamızda çalışıb. Melkiyorrenin işlədiyi klubların siyahısında Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra Ciurciu” və “Petrolul Ploeşti” klubları var. Mütəxəssisisin son iş yeri isə digər rumın klubu “ÇFR Kluj” olub.

Ciovanni Melkiyorre ilə “Xəzər Lənkəran” arasında 2 illik müqavilə bağlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43