“İnter” “Xəzər Lənkəran”ın forvardı Junior Nildonu ən azından icarəyə götürməkdən imtina edib.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasında çıxış edəcək Bank klubunun hücumçu problemi Nildo ilə həll olunmalı idi. Lakin Cənub klubu ilə maliyyə məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Bununlada Nildo məsələsi qapanıb. Lakin ola bilsin ki, paytaxt klubu “ağ-yaşıllar”ın istədiyi məbləği verərək, Nildonu komandaya gətirsinlər.