Martın 29-da “Neftçi”ylə “Böyük oyun”da qarşılaşacaq “Xəzər Lənkəran” sözügedən oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindəbn verilən məlumata görə, yüngül zədəsi olan Rahid Əmirquliyev, Zohair Benouahi, Slavik Alxasov, Adrian Sakarlatake və Mbilla Etame “Neftçi”ylə oyuna iynə gücünə çıxacaqlar.
Cənub klubunun rumıniyalı futbolçusu Adrian Skarlatake dünən fərdi məşq keçsə də, bu gün komandayla birgə məşqlərə qoşulub. Onun da “Neftçi”ylə oyunda meydana çıxması gözlənilir.
Ümumilikdə isə “Xəzər Lənkəran”da “Neftçi”ylə oyunda kimin oynayıb, kimin oynamayacağı oyun günü bəlli olacaq.