Premyer Liqanın ilk dövrəsinin son oyununda “Rəvan”la səfərdə 1:1-lik heç-heçəyə qalan “Xəzər Lənkəran” iki günlük sərbəst buraxılıb.
Komanda istirahətini oktyabrın 7-də yekunlaşdıraraq bir araya gələcək. Həmin gün səhər saat 10:00-da paytaxtın “Modern” otelinin qarşısında toplanaraq Lənkərana yola düşəcək və günorta saatlarında doğma şəhərə çatacaq komanda saat 18:00-da “Fırtınalar meydanı”nda məşqə çıxacaq. “Xəzər Lənkəran” qarşıdakı günlərdə hazırlıqlarını Lənkəranda davam etdirəcək.
12cioyuncu.info