Az öncə xəbər verdiyimiz kimi "Xəzər Lənkəran" klubunun futbolçusu "Neftçi" ilə oyunda qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılıb və klubu 2 min manat cərimə olunub.
Cənub klubu bundan əvvəl də Ağabalaya verilən qırmızı vərəqə ilə razılaşmırdı və indi də razılaşmır. Lənkəranlılar İK-in futbolçu ilə bağlı verdiyi qərara etiraz edir və buna görə apellyasiyaya şikayət edəcəklər. Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Huseyn Cəbrayıloğlu məlumat verib.