"Sabahkı oyun canlı yayımlanacaq. Sadəcə biz klub olaraq öz mövqeyimizi ortaya qoyuruq. Kimsə bizdən mövqe öyrənmir".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
"Ağ-yaşılların rəsmisi bildirib ki, artıq bununla bağlı klub öz narazılığını PFL-ə bildirib:
"Bizim öz meydanımızda keçirilən oyunun canlı yayımındann klubun büdcəsinə pul gəlmir. Bundan əlavə qarşılaşmanı canlı yayımlayacaq kanal matçın hansı saatda keçirəcəyinə özü qərar verir. Belə çıxır ki, sabah da gəlib deyəcəklər ki, bilet satışından əldə olununan gəlirin hamısı bizimdi. Belə olmaz axı. Bizim də mövqeyimizi öyrənməlidirlər. Biz çalışırıq ki, azarkeşlər oyunu rahat izləsinlər. Axı işdən sonra xeyli oyun izləmək istəyən adamlar var".