Kateqoriyasız

“Xəzər Lənkəran” “Fırtınalar meydanı”na dönür

Premyer Liqanın VIII turunda “Bakı” klubunu evdə qəbul edəcək “Xəzər Lənkəran” cənuba qayıdır.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün saat 09:30-da paytaxtı tərk edərək, doğma şəhərə yollanacaq.

Mənzil başına çatdıqdan sonra özünün baza-otelində məskunlaşacaq cənublular günün ikinci yarısında stadionun yardımçı meydaçasında əsasən fiziki hərəkətlərdən və qaçışdan ibarət yüngül məşq də keçəcək.

Beləliklə, bir neçə gün ərzində Bakıda hazırlaşan “Xəzər Lənkəran”, “Bakı” ilə oyuna qədər məşqlərini Lənkəranda davam etdirəcək.

Qeyd edək ki,“Xəzər Lənkəran” – “Bakı” qarşılaşması oktyabrın 19-da “Fırtınalar meydanı”nda keçiriləcək. Saat 17:00-da start götürəcək görüş “Xəzər”Fırtınalar meydanı”na dönür LənkəranTV” vasitəsi ilə canlı yayımlanacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43