Yanvarn 6-dan Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün vətənə dönür.
İdmanxeber.com klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gecə Antalya-İstanbul-Bakı aviareysi ilə yola düşəcək və iki günlük istirahətdən sonra Bakıda bir araya gələcək.
“Xəzər Lənkəran” paytaxtda iki gün məşqlərini bərpa etdikdən sonra “Simurq”la keçirəcəyi görüş üçün yanvarın 30-da Zaqatalaya yola düşəcək.