Bu gün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq olan “Xəzər Lənkəran”ın yoldaşlıq oyunu keçirəcəyi klublar bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdıran cənub təmsilçisinin yanvarın 10-da Türkiyənin “Tekirdağ” klubu ilə, daha sonra ayın 14-də Almaniyanın “Kemnitser” və yanvarın 17-də isə Super Liqa təmsilçisi “Ərciyəsspor”la qarşılaşacağı gözlənilir.
Qalan iki rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.