“Xəzər Lənkəran”ın iki üzvü Orxan Sadıqlı və Adrian Skarlatake bugündən məşqlərə başlayırlar.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, sözügedən futbolçular zədəsini sağaldıblar və hər iki oyunçu bugün komandayla birgə məşq edəcəklər. Mustafa Dənizli “Rəvan”la oyunda şans verəcəyi təqdirdə bu futbolçuları meydanda görə biləcəyik.
Qeyd edək ki, “Rəvan” – “Xəzər Lənkəran” matçı 8 mart saat 15:00-da başlayacaq.