Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 2004-cü ildə yaranan klub bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq. Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq.
Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdür, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan komanda yalnız iki dəfə ilk görüşdə uduzub.
07.08.2004 |
Çempionat |
“Turan” – “Xəzər Lənkəran” |
1:1 |
18.02.2005 |
Çempionat |
“Şəfa” – “Xəzər Lənkəran” |
-:+ |
12.02.2006 |
Çempionat |
“Xəzər Lənkəran” – “Olimpik” |
1:0 |
16.02.2007 |
Çempionat |
“Neftçi” – “Xəzər Lənkəran” |
1:0 |
19.01.2008 |
Birlik kuboku |
“Xəzər Lənkəran” – “Kaunas” (Litva) |
3:0 |
15.02.2009 |
Çempionat |
“Xəzər Lənkəran” – “Karvan” |
0:0 |
03.02.2010 |
Çempionat |
“Xəzər Lənkəran” – “Standard” |
0:0 |
13.02.2011 |
Çempionat |
“Neftçi” – “Xəzər Lənkəran” |
0:0 |
16.02.2012 |
Çempionat |
“Xəzər Lənkəran” – AZAL |
1:0 |
11.02.2013 |
Çempionat |
“Xəzər Lənkəran” – “İnter” |
2:3 |
01.02.2014 |
Çempionat |
“Qarabağ” -” Xəzər Lənkəran” |
0:1 |