Ölkə futbolu

“Xəzər Lənkəran” istədi, “Latsio”ya keçdi

Bir müddət “Xəzər Lənkəran”a transfer olunacağı deyilən “Nant”ın hücumçusu Filip Çorceviç İtaliyada çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, o, yayda klubundan ayrılaraq “Latsio”ya keçəcək. Artıq bu barədə iki klub arasında razılıq əldə olunub.

Qeyd edək ki, Çorceviçlə Milanın “İnter” klubu da yaxından maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43