“Bakı”yla oyunda zədələnən (0:2) “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin zədəsinin nə dərəcədə ciddi olub-olmaması hələ də məlum deyil.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub klubunun kapitanının son vəziyyətinə həkim müayinəsindən sonra tam aydınlıq gələcək.
Hələ ki, futbolçunun ayağındakı ağrılar onu incidir və onun AZAL-nan 23-cü tur matçını buraxma ehtimalı da var.