Bir neçə turdu ki, CBC Sport kanalı “Xəzər Lənkəran”ın nə ev, nə də səfər matçlarını canlı yayımlamır.
Əldə etdiyimi məlumata görə, kanal XVII turun “Xəzər Lənkəran” – “Kəpəz” matçını canlı yayımlamaq fikrində olub. Ancaq Lənkəran təmsilçisi stadionunun projektorlarında təmir getdiyindən bu matçın öncədən nəzərdə tutulduğu vaxtda (saat 17:00) deyil, daha tez (saat 15:00) baş tutması üçün PFL-ə müraciət edib.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Bizim üçün ev oyunlarının canlı yayımlanması o qədər də vacib deyil. Onsuz da özümüz kanalımızda oyunları yayımlayırıq. Bəs, AZAL-la səfər oyunumuz niyə canlı yayımlanmadı? Bu tur stadionun projektorlarında kiçik təmir olacaq. Ona görə də, matçın daha tez baş tutması üçün PFL-ə müraciət etmişik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçı dekabrın 17-də keçiriləcək.