Premyer Liqa

“Xəzər Lənkəran” – “Kəpəz” matçının niyə canlı yayımlanmaması məlum oldu (AÇIQLAMA)

Bir neçə turdu ki, CBC Sport kanalı “Xəzər Lənkəran”ın nə ev, nə də səfər matçlarını canlı yayımlamır.

Əldə etdiyimi məlumata görə, kanal XVII turun “Xəzər Lənkəran” – “Kəpəz” matçını canlı yayımlamaq fikrində olub. Ancaq Lənkəran təmsilçisi stadionunun projektorlarında təmir getdiyindən bu matçın öncədən nəzərdə tutulduğu vaxtda (saat 17:00) deyil, daha tez (saat 15:00) baş tutması üçün PFL-ə müraciət edib. 

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bizim üçün ev oyunlarının canlı yayımlanması o qədər də vacib deyil. Onsuz da özümüz kanalımızda oyunları yayımlayırıq. Bəs, AZAL-la səfər oyunumuz niyə canlı yayımlanmadı? Bu tur stadionun projektorlarında kiçik təmir olacaq. Ona görə də, matçın daha tez baş tutması üçün PFL-ə müraciət etmişik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçı dekabrın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43