Ölkə futbolu

“Xəzər Lənkəran” “lənətlənib”: Braziliyalı oyunçu 10 gün olmayacaq

“Xəzər Lənkəran”ın əsas heyət üzvlərindən olan Sakkoninin zədəsi ciddidir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi azı 10 gün komandaya kömək edə bilməyəcək. “Xəzər Lənkəran”ın “Rəvan”la səfər matçında komandaya kömək edə bilməyəcək Sakkoninin bir də 26-cı turda meydana çıxması gözlənilir. 

Digər zədəlilər, Etame Mbilla, Adrian Skarlatake, Elnur Abdullayev, Orxan Sadıqlı, Slavik Alxasov və Orxan Sadıqlının durumu isə normaldı. Onların “Rəvan”la oyunda meydana çıxmaq şansları yüksəkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43