Azərbaycan Premyer Liqasında III tur başa çatdı.
İdmanxeber.com-un məlumatına görə, başa çatan turda ən çox azarkeş sayı “Xəzər Lənkəran” – “Rəvan” oyununda (1:1) qeydə alınıb. “Fırtınalar meydanı”nda baş tutan qarşılaşmanı 9500 tamaşaçı arenadna izləyib.
Turun ikinci ən yaxşı ikinci göstəricisi “Neftçi” – “Sumqayıt” oyununa təsadüf edir. Bakıxanovda baş tutan matçı 1500 tamaşaçı izləyib.
Ümumilikdə isə sıralama belədi:
Prmeyer Liqa, III tur
“Xəzər Lənkəran” – “Rəvan” – 9500 tamaşaçı
“Neftçi” – “Sumqayıt” – 1500 tamaşaçı
“Zirə” – “İnter” – 1000 tamaşaçı
“Qəbələ” – “Kəpəz” – 900 tamaşaçı
AZAL – “Qarabağ” – 450 tamaşaçı