“Xəzər Lənkəran” İngiltərənin “Mançester Siti” klubunun yeni transferi Enes Ünalın vaxtlə cənub klubuna mümkün keçidi barədə yayılan xəbərləri təkzib edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu öz “facebook” hesabından məlumat yayıb.
O, bildirib ki, “Xəzər Lənkəran” heç vaxt Türkiyə yığmasının üzvü ilə maraqlanmayıb.