Sloveniyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama oyunundakı rəqibi ÇSKA yox, Rusiyanın “Mordoviya” klubu olacaq.
İdmanxeber.com-un məlumatına görə ,iyulun 18 də “ağ-yaşıllar” “Mordoviya” ilə üz-üzə gələcək. Bu barədə məlumatı klubun rəsmi saytında qoyulan foto təsdiqləyib.
Qeyd edək ki, Rusiya mətbuatı “Xəzər Lənkəran”ın iyulun 18-də ÇSKA ilə qarşılaşacağını iddia etmişdi.