Premyer Liqa

“Xəzər Lənkəran” – “Neftçi”: “Böyük oyun”un yeniləri və derbidə ehtimal olunan heyətlər – ARAŞDIRMA

Azərbaycanlı futbol azarkeşlərinin diqqəti sözsüz ki, Premyer
Liqanın 20-ci turunun “Xəzər Lənkəran” – “Neftçi” matçı
üzərində olacaq.

İdmanxeber.com-un məlumatına görə, bu iki komandalar arasında
keçiriləcək “Böyük oyun”un ilk dəfə həyəcanını yaşayacaq futbolçular
da olacaq.

“Xəzər Lənkəran”

İlk öncə onu qeyd edim ki, əldə etdiyimiz məlumata görə, Mustafa
Dənizlinin prinsipial oyunda yeni transfer Elias, eləcə də
“Qarabağ”la oyunda 90 dəqiqə meydanda olan Tieqoya ilk dəqiqələrdən
şans verəcəyi gözlənilir. Bundan əlavə makedoniyalı Blazevski də “Böyük
oyun” həyəcanı yaşaya bilər. Xorvatiyalı qapıçı Tomiç isə Orxan Sadıqlının
“Qarabağ”la oyunda göstərdiyi zəif oyundan sonra ilk dəfə “ağ-yaşıllar”da
məhz “Neftçi”ylə oyunda debüt edə bilər. 

“Xəzər Lənkəran”da sarı kart limiti dolan Elnur
Abdullayev komandasını pis vəziyyətdə qoyub. Belə ki, qaydalara əsasən 4
yerli oyunçu meydanda olmalıdır ki, Dənizli bu boşluğu Elnuru Elias,
Skarduellini isə Rasim Ramaldanovla əvəz edə bilər. Nəticədə Slarlatake
Skarduellinin çıxış etdiyi sol cinaha çəkilər.

XL-in təxmini heyəti isə belədi:

“Xəzər Lənkəran”: 1.Orxan
Sadıqlı, 6.Rasim Ramaldanov 4. Alvaro Silva, 5. Tiqeo de Xesus, 7. Sadio
Tounkara, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov,
20. Etame Mbilla, 27. Adrian Skarlatake, Elias.

Cənub klubunun “Sumqayıt”dan olan transferləri – Orxan
Əliyev və Slavik Alxasovun bu oyunda meydana çıxması isə gözlənilmir. 

“Neftçi”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev isə
“Simurq”la oyunda ilk dəqiqələrdən meydanda olan Samir Məsimovu
Lənkəranda start heyətinə salacağı isə inandırıcı görünmür. Digər yeni transfer
Elvin Bədəlovun isə ümumiyyətlə meydana çıxması gözlənilmir.

“Simurq”la oyunda sonradan meydana daxil olaraq dubl
edən Ernest Nfor çətin ki, Böyükağa Hacıyevin Bahodir Nasimov sevgisinə bu
qollarıyla xələl gətirə bilsin. “Ağ-qaralar”ın çalışdırıcısı əzəli
rəqiblə oyunda böyük ehtimalla yenə Nasimova güvənəcək. Əvəzində Cavid
İmamverdiyev Məsimovu heyətdən sıxışıdırıb çıxarda bilər. 

Belə olan halda oturuşmuş heyətə malik paytaxt klubu çətin
Lənkəran səfərinə bu “11”liklə mübarizə aparacağı gözlənilir:

“Neftçi”: 30. Saşa
Stamenkoviç,, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad
Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14.
Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 10. Cavid
İmamverdiyev, 28. Emin Mehdiyev

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43