Qəbələ səfərindən qolsuz heç-heçə ilə qayıdan “Xəzər Lənkəran” istirahət etməyəcək.
İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi oyundan həmən ardından Lənkəran istiqamətində yola düşüb. Komanda doğma şəhərdə fevralın 28-də oyunsonrası bərpa məşqinə çıxacaq. Ayın son günündə (29-fevral) daha bir gün hazırlaşacaq futbolçular martın ilk günündə isə “Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində martın 2-də “Neftçi”ni qəbul edəcək. (12cioyuncu.info)