Kateqoriyasız

“Xəzər Lənkəran” – “Neftçi” matçını idarə edəcək hakimin adı açıqlandı

Oktyabrın 23-də Naxçıvanda baş tutacaq Superkubok matçını idarə edəcək baş hakim məlum olub. “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması FIFA referisi Rəhim Həsənova həvalə edilib.

Ona təcrübəli hakimlərin yardım edəcəyi gözlənilir. Tam siyahını da tezliklə diqqətinizə çatdıracağıq.

futbolinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43